Roma Papası xəstəxanaya yerləşdirildi

Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Fransiskin hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilməyib.

Vatikan 86 yaşlı Papanın Gemelli klinikasına getməsi ilə bağlı təfərrüatları açıqlamayıb, ancaq bunun “əvvəlcədən planlaşdırıldığını” qeyd edib.

Qeyd edək ki, 2021-ci ildə Cemelli klinikasında Fransiskin yoğun bağırsağının yarısı kəsilib götürülüb.