Reuters: “ABŞ İranın hücumuna hazırlaşır”

“ABŞ yüksək hazırlıq vəziyyətindədir və İranın mümkün hücumuna hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” amerikalı rəsmilərə istinadən məlumat yayıb.

“ABŞ yüksək hazırlıq vəziyyətindədir. İsrailin Tehranın Suriyadakı səfirliyinə hücumuna cavab olaraq İranın bölgədəki hədəflərimizə zərbə endirəcəyinə hazırlaşırıq. Hücumun gələn həftə baş verəcəyini gözləyirik”, – deyə mənbə bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında İrandan gələn təhlükəni müzakirə edib.

“Silahlı Qüvvələrimiz müntəzəm və davamlı əlaqə saxlayırlar. Birləşmiş Ştatlar İsrailin İrandan gələn təhdidlərə qarşı müdafiəsini tam dəstəkləyir”, – deyə Bayden vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az