Restorandakı yanğında xəsarət alan olub?

22.02.2024-cü il tarixdə saat 19:19 radələrində İzmir küçəsində baş verən yanğın səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub. Hadisə ilə bağlı xəsarət halı və təcili yardım briqadasına müraciət qeydə alınmayıb.

Qeyd edək ki, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə baş verən yanğın yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.