Sanitariya-Karantin Mərkəzində əməliyyat: saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya – Karantin Mərkəzi”ndə əməliyyat keçirib, saxlanılanların olduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Globalinfo.az-a məlumatı təsdiqləyiblər.

Bildirilib ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

X X X

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya – Karantin Mərkəzi”ndə əməliyyat keçirib.

Globalinfo.az xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanların olduğu bildirilir.