naxcivan sazisi

Türkiyə Xarici İşlər Nazirliyi Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı bəyanat verib.

Globalinfo.az xəbər verir ki, bəyanatda ötən dövr ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında güclənən əməkdaşlığa diqqət çəkilib.

“Türk Dövlətlərinin Əməkdaşlıq Gününü Türk Dövlətləri Təşkilatının təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 17-ci ildönümündə qürurla qeyd edirik. Türk Dövlətləri Təşkilatı ortaq tariximizdən, dilimizdən və qardaşlıq bağlarımızdan aldığı güclə həmrəyliyimizi təsis edən və əməkdaşlığımızı möhkəmləndirən mühüm platformaya çevrilib. Oktyabrın 29-30-da ölkəmizin ev sahibliyi ilə keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşü bu tərəfdaşlığı daha da irəli aparacaq. Türkiyə türk dünyasının insani, iqtisadi və strateji potensialını ortaq rifaha çevirmək və Türk Əsrini birlik və həmrəylik içində qurmaq məqsədilə fəaliyyətini qətiyyətlə davam etdirəcək”, – XİN vurğulayıb.

Paylaş: