Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı davam edir.
Globalinfo.az xəbər verir ki, qurultayda partiyanın idarə heyəti yenidən formalaşdırılacaq.
Oxu.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, sabiq deputatlar Cavid Osmanov və Elşad Mirbəşirin İdarə Heyətinin üzvlüyündən çıxarılması barədə qərar veriləcək.
Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrında qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.