
“Qızımın guya əri tərəfindən qətlə yetirilməsi ilə bağlı xəbər yayan gənclə əlaqə saxlamamışam”.
Bu sözləri Globalinfo.az-a tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov qızının qətl xəbəri ilə bağlı danışarkən deyib.
O bu xəbərə görə məhkəməyə müraciət etmədiyini bildirib:
“Həmin gənclə bu məsələyə görə danışmamışam. Məhkəməyə də müraciət etmirəm. Çünki mənim kiməsə ödəyəcək pulum yoxdur. Kimsə istəsə, mənim adımdan müraciət edə bilər. Lakin mən bunu etməyəcəm”.
Qeyd edək ki, sosial şəbəkələrdə R.Mahmudovun qızının əri tərəfindən öldürüldüyü xəbəri yayılıb. Lakin ictimai xadim bu xəbəri təkzib edib.
Zaira Akifqızı
Globalinfo.az