Rəşad Ramazanova hökm oxundu

Bloger Rəşad Ramazanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, R.Ramazanov qanunsuz narkotik dövriyyəsində təqsirli bilinərək 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Ramazanovun 10 il azadlıqdan məhrum edilməsini tələb etmişdi. R.Ramazanov əvvəllər də narkotik dövriyyəsinə görə məhkum edilib.