dosmU0GlXCcD4LIRlAHsnB0ldbrwcaJVNMRlMW8C 1200 3

Rejissor Kənan Mahmudov (Kənan MM) və yazıçı Orxan Saffari arasında barışıq əldə olunub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Orxan Saffari bildirib.

O, “xoşagəlməz məsələnin polislərin iştirakı ilə sonlandığını” qeyd edib.

***18:43

Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari Polis İdarəsinə dəvət olunub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, onlar bu gün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə çağırılıblar. Hazırda onların ifadələri alınır.

Xatırladaq ki, ötən gün Kənan Mahmudovla Orxan Saffari arasında sosial şəbəkədə mübahisə yaranıb. Buna səbəb Orxan Saffarinin Kənan Mahmudov barəsində paylaşdığı tənqidi yazı olub. Bundan sonra Kənan Mahmudov yazıçınıın haqqında təhqiramiz ifadələr işlədib.

Paylaş: