Rəisi təxribatın qurbanı olub? – Təhqiqatın nəticəsi açıqlandı

İran prezidentinin helikopterinin təxribat səbəbindən qəzaya uğraması ilə bağlı səsləndirilən versiya təkzib edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının hadisənin təhqiqatından sonra hazırladığı ikinci hesabatında deyilir.

“Helikopterin qalıqlarının və hissələrinin tədqiqinin nəticələrinə əsasən uçuş zamanı və ya ondan bir neçə saniyə əvvəl təxribatın törədilməsi versiyası təsdiq olunmayıb. Həmçinin, helikopterin təpənin yamacı ilə toqquşması istisna edilib”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, İran prezidentini, xarici işlər nazirini və digər rəsmiləri daşıyan helikopter mayın 19-da qəzaya uğrayıb. hadisə nəticəsində helikopterdə olanların hamısı həlak olub.

Müşviq Tofiqoğlu
Globalinfo.az