“Ermənistan Respublikası beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək Fələstin Dövlətini tanıyır”.
Gobalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN -nin açıqlamasında Ermənistanın İsraiol və Fələstin arasındakı münaqişədə “iki dövlət” prinsipini dəstəklədiyi qeyd olunur:
“Qəzzada fəlakətli humanitar vəziyyət və davam edən hərbi münaqişə bu gün həllini tələb edən beynəlxalq siyasi gündəmdə əsas məsələlərdən biridir. Ermənistan Respublikası silahlı münaqişə zamanı mülki infrastrukturun hədəfə alınmasını, mülki əhaliyə qarşı zorakılığı, mülki şəxslərin girov və əsir götürülməsini qəti şəkildə qınayır və beynəlxalq ictimaiyyətin ilkin şərt olmadan onların azad edilməsi tələblərinə qoşulur.
Globalinfo.az