“Avropa Birliyi Rusiyanı Cənubi Qafqazda təhlükəsizlik sferasında əvəzləyə bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın əsas beyin mərkəzlərindən biri sayılan Rusiya Beynəlxalq Əlaqələr Şurasının rəhbəri Andrey Kortunov deyib.
“Sadəcə Avropa Birliyi böyük hərbi güc deyil. Bunu NATO barədə demək olar. Lakin NATO indiki dönəmdə özünü çox ehtiyatlı aparır. Çünki Cənubi Qafqaz hələ ki, Alyans üçün həyati əhəmiyyətli prioritet deyil. Ona görə də NATO-nun hansısa Cənubi Qafqaz dövlətinə təhlükəsizlik qarantiyası verəcəyi real sayıla bilməz.
Amma əgər biz iqtisadiyyatdan bəhs ediriksə, burada böyük imkanlar var və nədəsə AB Rusiyanı əvəz edə bilər. Bu da uzunmüddətli və çətin proses olacaq. Ona görə ki, tarixi baxımdan Ermənistan iqtisadiyyatının əhəmiyyətli hissəsi şimala oriyentasiya olub. Eyni şey digər Cənubi Qafqaz dövlətlərinə də aiddir. Lakin proses başlasa belə bu istənilən halda müəyyən zaman alacaq” – deyə o bildirib.
Kortunov həmçinin deyib ki, Cənubi Qafqazda təkcə Rusiya və Qərb qarşıdurması müşayiət olunmur:
“Burada digər oyunçular da var. Onlar regional oyunçulardır. İran, Türkiyə barədə danışa bilərik. Onlar Qlobal Cənubdurlar. Əlbəttə Çin və Hindistanı unutmaq olmaz. Hər kəsin burada marağı var. Ona görə də iqtisadi konfiqurasiya çətin olacaq. Bu, Rusiyanın AB tərəfindən tam əvəzlənməsi və ya Rusiyanın tam geri qayıtması formasında baş tutacaq. Yəqin ki, biz ən fərqli qüvvələrin ən fərqli maraqlarının işlədiyi situasiya görəcəyik”.
Əliyar Xəlil
Globalinfo.az