israil ordu 13

İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin hərbi planları ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “N12” məlumat yayıb.

O bildirib ki, qarşıya qoyulan məqsədlər artıq müəyyənləşdirilib və İsrail ordusu hərbi əməliyyatları yenidən başlatmağa hazır vəziyyətdədir.

Nazir qeyd edib ki, təhlükəsizlik məsələləri prioritet olaraq qalır və İsrail öz maraqlarını qorumaq üçün lazımi addımları atmaqda qərarlıdır:

“Ordumuz, qoşunlarımız ən yüksək səviyyədə döyüşə hazırdır. Vəziyyəti nəzarətdə saxlayırıq. Hər an hər şey ola bilər”.

Tahir Turan
Globalinfo.az

Paylaş: