Ərdoğandan iki mesaj: “Paşinyan artıq anlayır ki…”

“Uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, reallıqlarla hərəkət etmək yaxşıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, artıq Nikol Paşinyan da bunu başa düşür:

“Biz qondarma “erməni soyqırımı” ilə bağlı açıq danışmışıq. Arxivlərimizi aça biləcəyimizi dedik və açdıq. Ümid edirəm, Ermənistan diasporun onları əsarətə saldığı zülmətdən xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək”.