i 1 4

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefonla danışıb.

Globalinfo.az “TRT Haber”ə istinadla xəbər verir ki, danışıq zamanı iki ölkə arasında münasibətlər, regional hadisələr və xüsusilə Cammu və Kəşmirdəki son terror hücumu müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin Pakistanın təmkinli və məsuliyyətli siyasətini dəstəklədiyini bildirib. O, Cammu və Kəşmirdə baş vermiş terror aktı ilə bağlı beynəlxalq və etibarlı bir araşdırmanın aparılması təklifinin yerində olduğunu qeyd edib.

Türkiyə Prezidenti vurğulayıb ki, bölgədə gərginliyin artmaması üçün Ankara əlindən gələni etməyə hazırdır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: