iran 1111

İranın sabiq ali dini rəhbəri Əli Xameneinin dəfnindən sonra ölkədə siyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi əsas müzakirə mövzularından biridir. Yeni mərhələdə hakimiyyət daxilində qüvvələr nisbətinin necə dəyişəcəyi, eləcə də Prezident Məsud Pezeşkianın mövqeyinin güclənib-güclənməyəcəyi ilə bağlı müxtəlif ehtimallar irəli sürülür.

Xameneinin dəfnindən sonra İranda nə baş verəcək?  SEPAH-la Prezident arasında hakimiyyət və nüfuz uğrundakəskin mübarizə olacaqmı?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, hazırda İranda hakimiyyət daxilində müəyyən fikir ayrılıqlarının və gərginliyin olduğu barədə iddialar səsləndirilir:

“Xüsusilə hərbi qanadla islahatçı siyasi dairələr arasında münasibətlərin əvvəlki qədər ahəngdar olmadığı bildirilir. Bir tərəfdə əsas təsir gücünə malik hərbi strukturlar, digər tərəfdə isə hökumət və prezident administrasiyası təmsil olunur. Bu gərginlik ABŞ-la aparılan danışıqlar fonunda da müzakirə edilir. Eyni zamanda, atəşkəsin pozulması ilə bağlı xəbərlər və Müctəba Xameneinin uzun müddət ictimaiyyət qarşısına çıxmaması müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub”.

mehemmed esedullazadeee 900x574 1

Məhəmməd Əsədullazadə

Politoloq bildirib ki, İranın idarəetmə sistemində əsas strateji qərarlar və göstərişləri birbaşa ali dini lider verir:

“Bu səbəbdən onun ictimai fəaliyyəti ilə bağlı yaranan qeyri-müəyyənlik müxtəlif şərhlərə yol açır. Bunun fonunda bəzi dairələrdə hakimiyyətdə müəyyən qüvvələrin, o cümlədən hərbi strukturların təsirinin artdığı barədə fikirlər səsləndirilir. Hazırkı vəziyyət göstərir ki, daxili siyasi ziddiyyətlərin dərinləşməsi İranın qərar qəbuletmə prosesinə təsir edə bilər. Əgər bu gərginlik daha da artarsa və xarici faktorlarla üst-üstə düşərsə, regionda yeni hərbi eskalasiya riskinin də yüksəlməsi mümkündür”.

Ləman İmran
Globalinfo.az

Paylaş: