Asya Aslanovanın son durumu açıqlandı – VİDEO

Bir neçə gün əvvəl qanına infeksiya keçdiyi üçün reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın səhhətində irəliləyiş var.

Globalinfo.az bildirir ki, bu barədə onun rəfiqəsi bloger Fatimə Əhmədova sosial şəbəkə hesabında paylaşım edib.

O, video paylaşaraq Asyanın səhhətinin yaxşılığa doğru dəyişdiyini və reanimasiyadan çıxarılacağını qeyd edib:

“İki gün əvvəl bu hal yaşandı. Amma artıq Asyanı aparatdan ayırıblar. Vəziyyəti çox yaxşıdır. Analizlərinin cavabı müsbətə doğru gedir. Artıq heç bir problem gözlənilmir. Onu reanimasiyadan çıxaracaqlar”.

Xatırladaq ki, dekabrın 16-da bloger Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin səhhəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o, ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeksiya keçib.