Braziliya milli futbol komandasının və “Real Madrid”in ulduzu Vinisius Junior plastik əməliyyat keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Portal Leo Dias” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Real Madrid”in ulduzu milli komandanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra Braziliyanın Qoyas şəhərindəki bir klinikada çənəsinin harmonizasiyası əməliyyatından keçib. Bu prosedurun çənəni gücləndirdiyi və üz konturlarını yaxşılaşdırmaq üçün edildiyi deyilir.
Qeyd edək ki, Braziliya Dünya Kubokunun 1/8 final mərhələsində Norveçə 2-1 hesabı ilə məğlub oldu. Komanda 36 ildən sonra ilk dəfə olaraq Dünya Kubokunun 1/4 finalına yüksələ bilmədi.
Əliyar Xəlil
Globalinfo.az