“BMT-nin baş katibi Antoniu Quterreş Qara dəniz taxıl təşəbbüsünün pozulmasına görə məsuliyyət daşıyır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
O, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüş zamanı danışıb.
“Razılaşmaların üçüncü iştirakçısı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədi. Mən BMT-ni və cənab Quterreşi nəzərdə tuturam”, — deyə Sergey Şoyqu bildirib. T
O həmçinin vurğulayıb ki, Türkiyə və Rusiya öz üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetiriblər.
Qeyd edək ki, Qara dəniz taxıl təşəbbüsü (və ya “taxıl sazişi”) Rusiya, Ukrayna, Türkiyə və BMT arasında bağlanmış paket razılaşmadır.
Bu saziş Qara dəniz vasitəsilə Ukrayna taxılı, digər ərzaq məhsulları və gübrələrin təhlükəsiz şəkildə ixracı üçün dəniz dəhlizinin yaradılmasını nəzərdə tuturdu.
Məqsəd qlobal ərzaq böhranının qarşısını almaq və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına sabit çıxışını təmin etmək idi.
Əliyar Xəlil
Globalinfo.az