Ramiz Mehdiyev İsrailə aparılıb? – Özü danışdı

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır:

“Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır.

Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”.

***09:16

Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.

Globalinfo.az gununsesi.info-ya istinadən bildirir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl  səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Həkim müdaxiləsinə baxmayaraq, onun  vəziyyəti daha da ağırlaşıb.

Bildirilir ki, bir  sutka həkim nəzarəti altında qalan Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.