Ramazanın 18-ci gününün duası, imsak və iftar vaxtı

616x321 bu sene oruc ne zaman 2022 ramazan ayi ne zaman basliyor ramazan ayi 2022 ilk oruc hangi tarihte tutulacak 1643788900095

Sabah Azərbaycanda Ramazan ayının 18-ci günüdür.

Globalinfo.az xəbər verir ki, imsak saat 05:21, iftar isə saat 19:05-ə təyin olunub.

İmsak duası:

“Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin!”

Tərcüməsi: “İlahi, məni bu ayda öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini İşıqlandıran Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!