Qubadan Bakıya gələn avtobus aşdı – FOTO

 

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində sərnişin daşıyan avtobusun aşması nəticəsində xəsarət alan olmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Hərəkətin təhlükəsizliyinin təbliği ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib

O bildirib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində “Hyundai” markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün sürücü avtomobili dayandırıb: “Avtomobil dayandan sorna sürüşməyə başlayıb və aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır”.

***

Bakı-Quba yolunun Siyəzən rayon ərazisində keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Qubadan Bakı istiqamətində hərəkətdə olan “Hyundai” markalı 50-EA-628 markalı avtobus yolun buz bağlaması səbəbindən aşıb.

Faktla bağlı araşdırma aparılır.