Qriqoryan bu 3 günahı rusların üzərinə atdı

Ermənistan Rusiya ilə diplomatik böhranın yaranması üçün addımlar atmayıb.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O iddia edib ki, 2020-ci ildəki müharibədən sonra Ermənistan hər zaman konstruktiv mövqe tutub. Bununla belə A.Qriqoryan Moskvada XİN rəhbərlərinin görüşünü İrəvanın boykot etmədiyini deyib.

Laçın yoluna görə əsas məsuliyyətin Rusiya sülhməramlılarının üzərinə düşdüyünü xatırladan Qriqoryan İrəvanın bu yolun tezliklə açılacağına ümid etdiyini bildirib.