Qorxunc plan: ABŞ prezidenti dəftərinə Qarabağ haqda görün nə yazıb – FOTO

1986-cı ildə ABŞ Prezidenti Ronald Reyqan Ağ Evdə erməni diasporunun aparıcı 5 şəxsi ilə görüş keçirir. Erməni iş adamları olan bu 5 nəfər Ronald Reyqana imtina edə bilməyəcəyi təklif irəli sürürlər. Əvəzində isə Azərbaycan SSRİ-nin tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunun ləğv edilib, Ermənistana verilməsi və artıq çöküş yaşayan sovetlərə təzyiqlə Ermənistan müstəqil dövlətinin yaradılmasına nail olmasını xahiş edirlər. Erməni iş adamlarının təklifi o qədər “şirnikləndirici” idi ki, Reyqan öz qeyd dəftərində bu cümlələri yazır :

“Ermənistan müstəqil olsun!
Qarabağ Ermənistana verilsin!”

Reyqan ABŞ olaraq Sovetləri razı salacağına söz verir, əvəzində isə erməni diasporunun bununla bağlı hərəkətə keçməsini tövsiyə edir.

Başlanır..

Parisdə Aqanbekyan çıxışı ilə dünya ermənilərini ayağa qaldırır

Erməni terrorçuları İrəvana, ordan da Xankəndinə silahlar göndərməyə başlayırlar.

Lakin açıq savaş üçün bəhanə, Azərbaycanda qanlı bir hadisə törətmək və “ermənilər öldürülür” deyə dünyaya hay-küy salmaq lazım idi. Şəhər ilk olaraq Tovuz seçilsə də, proseslər Sumqayıtda başlanır. Erməni terroru işə düşür. Sumqayıtda qırğınlar baş verir. Kütləvi aksiyalara yol açılır.

1988-ci il. Qərbi Azərbaycandan çox ağır formada deportasiya start götürür. Xankəndidə aksiyalar 15 min azərbaycanlının Şuşa və digər şəhərlərə köçürülməsinə səbəb olur.

Rusiya-Amerika danışıqlarında əsas mövzu müstəqil Ermənistan və Qarabağın ona birləşdirilməsi idi. Ancaq ermənilər sakitləşmirdi. Moskvadan və Vaşinqtondan daha sərt addımlar tələb edirdi.

1990-cı il. 19-dan 20-nə keçən gecə. Qanlı Bakı hadisələri. Erməni terrorçuları sovet ordusu əsgərləri adı altında ruslarla birgə Azərbaycan xalqına ağır zərbə vurur.

1991-ci il martın 17-də keçirilmiş referendumda Azərbaycan əhalisinin əksəriyyəti islah olunmuş Sovet İttifaqının saxlanmasına tərəfdar olmuşdu. Qafqazdakı ilk müstəqillik bəyannaməsi 1991-cin ilin aprelində Gürcüstandan səslənmişdi. Azərbaycan isə gözlədilirdi. Keçmiş kommunistlər səsvermədən imtinalar edirdilər.

Artıq Ermənistan Qarabağı özünə birləşdirmək ideyası ilə deyil, müstəqil Erməni Qarabağ dövləti istəyir. Çünki diasporun istədiyi bu idi.

Reyqan: “26 oktyabr 1987. Erməni kilsəsinin keşişi ilə qısa görüş keçirdim”. 

Paytaxt Xankəndi olmaqla müstəqil ikinci erməni dövləti ideyasını reallaşdırmaq üçün ABŞ, Fransa və Rusiya rəsmiləri Xankəndiyə səfərlər edirlər.

Azərbaycan təklənmişdi. Sovetlərə daxil olan dövlətlər bir-bir müstəqil olmaq üçün bəyanatlar verir. Azərbaycanda isə sovetin 5-ci kolonu tələsmirdi. Nəhayət, 1991-ci ilin 18 oktyabrında mütərəqqi addım atılır. Dövlət müstəqilliyi elan edilir. Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin hüquqi-siyasi varisi kimi dünya sisteminə daxil olur. Və müstəqil Azərbaycanın ərazi bütövlüyü BMT sənədlərində təsdiqini tapır.

Ancaq problemlər, işğal, Amerika-Rusiya-Fransa üçlüyü Qarabağın müstəqil “erməni dövləti” olması üçün 29 il mübarizə aparılar. İran, Britaniya kim dövlətlər də susurlar. Çünki regionda onlar bu üç dövlətin hegemon olduqlarını görürdülər.

2020-ci ilin sentyabrında başlanan müharibə 44 günlük müharibə sayəsində Amerika-Fransa-Rusiya və onların yanında olan İrana ağır zərbə vurur. Qarabağın böyük hissəsi azad edilir.

2023-cü ilin 18 oktyabrı. Azərbaycan müstəqilliyini elan edən gündən ilk dəfə olaraq tam ərazi bütövlüyü çərçivəsində müstəqilik gününü qeyd edir. Özü də Xankəndi Azərbaycan ərazisi daxilində.

Dünyanın ən güclü diasporuna, lobbisinə, puluna malik erməniləri məhv edərək, onlara dəstək olanların planlarını sıradan çıxararaq 18 oktyabr 2023-cü ildə Azərbaycan xalqı Şuşa, Xankəndi və bütövlükdə Qarabağda üçrəngli bayrağımızı dalğalandıraraq bu günü qarşılayır.

1988-ci ilə qədər sovetlərə qarşı gizli müqavimət göstərən dissidentlər…

1988-ci ildə meydanlara axışan insanlarımız…

Meydan hərəkatında öndə olan bəzi milli şəxslərimiz…

1990-cı ildə müstəqillik uğrunda canından keçən şəhidlərimiz…

1990-cı ildən 2023-cü ilə qədər Vətən üçün şəhid olan əzizlərimiz, qazilərimiz, xalqımızın arzusu, nəhayət, 2023-cü ilin 18 oktyabrında həyata keçir. Qarabağ azaddır! Şuşa və Xankəndi bizimdir!

Azadlığın mübarək dünyanın ən qədim dövlətləri, xalqına sahib Azərbaycan!

Zaur Əliyev,
dosent