Əməliyyat açıqlaması: Qondarma qərargah məhv edildi!

“Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında terrorçulara qarşı keçirdiyi əməliyyat zamanı onların sığınacaqlarını, mövqelərini, anbarlarını və qondarma qərargahını məhv edib.

Globalinfo.az bildirir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, əməliyyat son terrorçu məhv edilənə qədər davam edəcək.