Ərdoğan İlon Maskla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə amerikalı milyarder İlon Maskla görüşüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, tərəflər bir müddət söhbət aparıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saninin dəvəti ilə dünən Qətərdə keçirilən dünya çempionatının final oyununda Argentina və Fransa milli komandalarının oyununu izləyib. İlon Mask da oyunu canlı izləyənlər arasında olub.