Qlobal istiləşmə Çində bu fəsadlara yol aça bilər – Alimlərdən XƏBƏRDARLIQ

Qlobal istiləşmə Çində iş saatlarının itkisinə səbəb olacaq.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin apardığı araşdırma bu qənaətə gəlməyə əsas verir.

Belə ki, Çindən olan tədqiqatçılar qlobal istiləşmənin işləyən əhalinin sağlamlığı üçün təhlükəli olduğunu aşkara çıxarıblar.

“Science Bulletin” jurnalında dərc olunan məqalədə bildirilib ki, Çində anomal istilərin olması işçi qüvvəsində əhəmiyyətli itkilərə gətirib çıxaracaq.

Davam edən karbon qazı emissiyası və gələcək istiləşmə Çinin cənub, şərq və mərkəzi əyalətlərinə daha çox təsir edəcək. Alimlərin fikrincə, bu, daha çox əhalinin həssas qruplarına təsir göstərəcək.

Əliyar Xəlil,

Globalinfo.az