Qızılcadan vəfat edən üç yaşlı uşağın ailə üzvləri danışdılar

Lənkəranda qızılca xəstəliyindən vəfat edən üç yaşlı uşağın ailə üzvləri danışıblar.

Globalinfo.az Baku TV-yə istinadən xəbər verir ki, mərhumun dayısı Fəxrəddin Nəzərov bildirib ki, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadə bir həftə öncə xəstələnib və müalicə aldıqdan sonra vəziyyəti yaxşılığa doğru gedib:

“Dünən bir anda gördük ki, uşağın vəziyyəti ağırlaşıb. Təcili yardım gəldikdə, uşağı xəstəxanaya aparmaq istədi. Biz dedik ki, xəstəxanaya aparmaq lazım deyil”.

Vəfat edən azyaşlının babası Şücaət Rufullayev qeyd edib ki, təcili yardım getdikdən bir müddət sonra Uğurun vəziyyəti pisləşib və onu xəstəxanaya aparsalarda uşağı xilas etmək mümkün olmayıb.