QHT-lərə, insan haqları təşkilatlarına, ictimai şuralara göstərilən köməklik… – Şərh

1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycan Respublikası demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Ötən illər ərzində aparılan mütərəqqi islahatlar nəticəsində bu sahədə mühüm irəliləyişlər əldə edilib.

Bu prinsipi əsas götürdüyü üçün Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü hər zaman dövlətin əsas prioritetlərindən olub.

Maraqlıdır, bəs qeyd olunan məsələlər ilə bağlı görülən işlər hazırda davam edirmi? Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu istiqamətində konkret hansı addımlar atılır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində böyük addımlar atılıb, mühüm işlər görülüb:

Tural İsmayılov

“Son illərdə ölkə hakimiyyətinin vətəndaş cəmiyyətinə ayırdığı xüsusi qayğı və diqqətin nəticəsində qeyri-hökumət təşkilatları sektoru böyük bir inkişaf bumu yaşadı. Bu gün dövlətimiz vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı QHT-lərə, insan haqları təşkilatlarına, ictimai şuralara köməklik göstərir.

Bunun nəticəsidir ki, müxtəlif qurumlar ilə ortaq fəaliyyətin həyata keçirilməsi istiqamətində işlər görülür, şərait yaradılır. Ölkə rəhbərliyi tərəfindən vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu istiqamətində qanunvericilikdə dəyişikliyin edilməsi üçün təkliflər edilir. Ümumi işin səmərəliliyini artırmaq üçün bu və bu kimi addımlar mühümdür. Azərbaycanda görülən bütün bu işlər əlbəttə ki, beynəlxalq aləm və ictimaiyyət tərəfindən də təqdir edilir”.

Ekspert deyib ki, bu gün dövlət qurumları tabeliyində ictimai şuralar fəaliyyət göstərir: “Bu, ictimai şuralar ölkə rəhbərliyinin vətəndaş cəmiyyətinə verdiyi diqqətin əyani göstəricisidir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”

Turan Rzayev
Globalinfo.az