erdogan zengezur dehlizini geoiqtisadi inqilabin terkib hissesi kimi gorurem 1751714325

Ötən gün Azərbaycandan havaya qalxan C130 təyyarəsi qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siqnaxi bölgəsində qəzaya uğrayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

    O, qəza nəticəsində 20 hərbçinin şəhid olduğunu diqqətə çatdırıb, həlak olan hərbçilərin xatirəsini anıb:

    Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Azərbaycanda olan yük təyyarəmiz qəzaya uğrayıb. 20 vətən övladımız şəhid olub. Uca Allah şəhidlərimizə cənnətdə ən ali məqamı nəsib etsin”.

    Türkiyə liderinin sözlərinə görə, hadisədən dərhal sonra müdafiə, daxili və xarici işlər nazirləri ilə əlaqə saxlayıb, sürətli şəkildə axtarış və xilasetmə işləri başladılıb.

    Ərdoğan qeyd edib ki, təyyarənin qalıqlarının olduğu ərazi təhlükəsizlik məqsədilə qapadılıb, hadisə yerində 46 nəfərlik təhqiqat qrupu fəaliyyət göstərir,

    “Təyyarənin qara qutusu tapılıb, ilkin araşdırma başladılıb, həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb. Son bir hərbçinin nəşi axtarılır”, – Türkiyə Prezidenti vurğulayıb.

    O, bu müddətdə Azərbaycan Prezidenti, daha sonra Gürcüstan Baş naziri ilə telefon danışığı apardığını bəyan edib.

    Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.

    Paylaş: