Qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlandı

Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.

Globalinfo.az bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər 85 mindən çox müşahidəçi qeydiyyatdan keçib.