WhatsApp Image 2024 11 15 at 15.08.13

Trampın baş prokuror vəzifəsinə namizədi Mett Qetzlə bağlı qalmaqal yaranıb.

Globalinfo.az xəbər verir ki, onun 2023-cü ildə Avropaya Ukrayna yerinə Rusiyanı NATO-ya üzv qəbul etməyi məsləhət gördüyü bəlli olub.

O qeyd edib ki, NATO-nu Rusiyaya doğru genişləndirmək və Çinə qarşı birgə alyans yaratmağa cəhd etmək lazımdır:

“Biz həqiqətən düşünürük ki, Rusiya tanklarından qorxuruq. Fakt odur ki, Çin Kubada – ABŞ-dan 90 mil aralıda gizli hərbi baza tikir. Əgər NATO-ya kimin qəbul edilməsi seçimi varsa, o zaman Rusiya uzunmüddətli perspektivdə daha çox fayda verə bilər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: