Qərbdən təcili Xankəndi mesajı – Həddən artıq önəmli…

“Bakı və Qarabağda yaşayan ermənilər arasında dialoq indi həddən artıq önəmlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel deyib.

“Maksimalist mövqedən çəkinmək və dialoqa cəhd etmək lazımdır. 30 ildən çox davam edən konfliktdən sonra yaraların sağalması üçün zamana ehtiyac var. Cəsarətli qərar vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Kişinyovda münasibətlərin normallaşması ilə bağlı diskussiyasının davamını səbirsizliklə gözləyirəm”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az