Ukrayna müharibəni uduzacaq – Etiraf

ABŞ və Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinin Avdiivkadan çıxarılmasından sonra ordunun dağılmasından qorxur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, Ukraynanın Münhen Təhlükəsizlik Konfransında iştirak edən tərəfdaşları ordunun cəbhədəki perspektivlərindən narahatdır:

“Qərbin yüksək səviyyəli rəsmilərinin fikrincə, ABŞ-dan 60 milyard dollarlıq yeni hərbi yardım paketi təsdiqlənməsə, Ukrayna müharibəni uduzacaq”.

ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin sədri Mark Uornerin sözlərinə görə, Nümayəndələr Palatasının yeni yardım paketini təsdiqləməsi Ukrayna üçün dəyişiklik olacaq. Hərçənd, Uorner bu yardımın Ukraynanın qələbəsinə vəsilə olacağını iddia etməyib. Konqresmen bu yardımı Kiyevin son ümidi adlandırıb.

Eyni zamanda, “Politico”nun həmsöhbət olduğu 13 şəxs Ukraynaya hazırkı dəstəyin sadəcə olaraq Kiyev ordusunun dağılmaması üçün verildiyini diqqətə çatdırıb.

Əliyar Xəlil
Globalinfo.az