Qərar verildi: Netanyahu bu tarixdə məhkəmə qarşısına çıxarılacaq

İsrail Baş naziri Benyamin Netanyahu dekabr ayında məhkəmədə ifadə verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Məlumata görə, Qüds Dairə Məhkəməsi Netanyahunun korrupsiya işi üzrə ifadə verməyə dekabrın 2-də başlayacağını açıqlayıb. Baş nazirin iki ay müddətində ifadə verməsi və dindirilməsi gözlənilir.

Qeyd edək ki, Netanyahu müharibə səbəbindən dinləmələrin 2025-ci ilin yazına qədər təxirə salınmasını istəsə də, məhkəmə və prokurorluq buna razılıq verməyib.

Netanyahu qeyri-qanuni hədiyyələr almaq və mediaya rüşvət vermək cəhdində ittiham olunur.

Müşviq Tofiqoğlu
Globalinfo.az