Qənirə Paşayevanın il mərasiminin keçiriləcəyi ünvan bilindi

qenire pasayeva esas 1

28 sentyabr 2024-cü il tarixində mərhum deputat Qənirə Paşayevanın ölümünün 1 ili tamam olur. Bununla əlaqədar bir çoxları Q.Paşayevanın yas mərasimində iştirak etmək istəyir. Onun ildönümü harada və necə keçiriləcək?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Qənirə Paşayevanın əmisi, Əməkdar Elm Xadimi, folklorşünas Qəzənfər Paşayev ildönümünün Bakı şəhərində keçiriləcəyini bildirib.

O, yas mərasiminin 28 sentyabr tarixində keçiriləcəyini qeyd edib:

“Qənirə xanımım ildönümü sentyabrın 28-i saat 11:00-da başlayacaq. Məclis Heydər Məscidində keçiriləcək. Gəlmək istəyənlər saat 11-dən gələ bilərlər. Qadınlar ayrı, kişilər ayrı zalda əyləşəcək”.

Xatırladaq ki, Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış üzrə deputatı və Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 28 sentyabr 2023-cü ildə dünyasını dəyişib. O, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Zaira Akifqızı
Globalinfo.az