“Qəbələ”nin böyük çöküşü…

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Globalinfo.az xəbər verir ki, günün ikinci matçında “Sabah” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:1. Meydan sahiblərində 19 və 41-ci dəqiqədə Davit Volkov fərqlənib. Qonaqların qolunu isə 45+3-cü dəqiqədə Əyyub Allaş vurub.

Xallarının sayını 37-ə çatdıran “Sabah” “Neftçi” və “Səbail”lə birlikdə 3-5-ci yerləri bölüşdürür. Sonuncu sıradakı “Qəbələ”nin 15 xalı var.

Qeyd edək ki, bu gün baş tutan “Kəpəz” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 3:3. Martın 8-də “Sumqayıt” səfərdə “Səbail”ə qalib gəlib – 1:0. XXVI tura martın 10-da “Turan Tovuz” – “Araz-Naxçıvan” və “Qarabağ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.