Qəbələdən qayıdan 4 nəfər Şirvan xəstəxanasına yerləşdirilib

Qəbələdən qayıdan Bakı sakinləri qidadan zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirlib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, Qəbələdə istirahətdən qayıdan Bakı sakinlərinin yolda vəziyyəti pisləşib. Qidadan zəhərlənməsi ehtimal olunan Bakı sakinləri, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1994-cü il təvəllüdlü Süleymanlı Bikəxanım Hafiz qızı, 1952-ci il təvəllüdlü Sultanova Sidiqə Məmmədağa qızı və 2010-cu il təvəllüdl Məmmədli Soltanəli Rövşən oğlu zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.