Qazax sakini dostunu bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi olub.

Globalinfo.az xəbər verir ki, yanvarın 25-i saat 19:30 radələrində 1995-ci il təvəllüdlü Mahmudov Qoca İlqar oğlu Qazax şəhəri, Bakı küçəsində şəxsi münasibətlər zəminində dostunu bıçaqlayıb.

1997-ci il təvəllüdlü Bayramov Sərxan Teymur oğlu döş qəfəsinin sol yan tərəfindən ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı Qazax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Malik
Globalinfo.az