Qatarlar toqquşdu: ölənlər var

Hindistanın cənubunda qatarlar toqquşub.

Globalinfo.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Andhra Pradeş ştatının Vizaq şəhərindən Rayaqaduya gedən qatar hava xətti kabelinin qırılması səbəbindən dayanıb. Bu zaman sürətlə hərəkət edən digər qatar ona çırpılıb. Zərbə nəticəsində üç vaqon relsdən çıxıb, üç nəfər ölüb.mQəza yerinə təcili yardım maşınları cəlb edilib.