“Noyabrda keçiriləcək prezident seçiklərinə hazırlıq səbəbi ilə hazırda ABŞ-ın İsrailə təsir üçün yetərli imkanı yoxdur”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” qəzeti çıxış edib.
Qəzet yazır ki, ABŞ rəsmiləri buna görə İsrailin İrana cavab zərbəsini təxirə salmağı təklif edə bilmirlər:
“Prezident Baydenin Təl-Əvivdən İrana cavab zərbəsini məhdud çərçivədə gerçəkləşdirməsini xahiş edəcək. Bu eskalasiyanın sonunun nə olacağını təxmin etmək çətindir. İsrailin reaksiyası İranın növbəti cavabına səbəb olacaq. Beləliklə biz Təl-Əviv və Tehran arasında sərt qarşıdurmanın başladığını görəcəyik”.
Əliyar Xəlil
Globalinfo.az