“Qardaşımı ötən gün xəstəxanadan evinə gətirdik. Bu gün səhər saatlarında vəfat etdi”.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti tarzən Ramiz Quliyevin qardaşı Emin Quliyev deyib.
“Biz qardaş olmaqla yanaşı həm də yaxın dost idik. Sona qədər yaradıcılıq eşqi ilə yaşadı. Deyirdi ki, sağalıb yaradıcılıqla məşğul olacaq. Mübariz insan idi. Sənətdə əzmkarlıqla fəaliyyətinə davam etdi. Sonuncu dəfə bizimlə danışanda əhvalımızı soruşdu və arzu etdi ki, tezliklə sağalsın”, – E.Quliyev əlavə edib.