“Qarabağ”ın yeni mətbuat katibi o oldu

“Qarabağ” futbol klubunda yeni təyinat gerçəkləşib.

Globalinfo.az xəbər verir ki, Anar Hacıyev Ağdam klubunun mətbuat xidmətinin rəhbəri təyin olunub.

O, bu il iyunun 13-dən vakant olan postu tutub.

Qeyd edək ki, A. Hacıyev bunadək “Qəbələ” İdman Klubunun Media və Marketinq meneceri vəzifəsində çalışıb.