“Qarabağ”ın oyunu Ermənistan kanalında yayımlanacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda baş tutacaq “Olimpiakos” – “Qarabağ” oyununu Ermənistan kanalı canlı yayımlayacaq. 

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, oktyabrın 6-da baş tutacaq matç “Vivaro TV” internet kanalı vasitəsilə azarkeşlərə təqdim ediləcək.

Oyun ümumilikdə 114 ölkədə canlı yayımlanacaq ki, bunlardan biri də Ermənistandır.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.