“Qarabağ”ın oyunçusu terrora görə geri qayıdır

Rusiya millisinin qapıçısı Andrey Lunyov bu gün Bakıya qayıdacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə A.Lunyov özü məlumat yayıb.

Bildirilib ki, bu gün keçirilməsi nəzərdə tutulan Rusiya-Paraqvay yoldaşlıq matçı “Krokus Siti Holl”da törədilmiş terrora görə ləğv edildiyi üçün qapıçı “Qarabağ”ın düşərgəsinə qayıdacaq.