Qarabağı tərk edən ermənilər gərginlik yaratdılar – VİDEO

Qarabağı könüllü tərk edən ermənilərlə Ermənistandakı soydaşları arasında narazılıqlar artmağa başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində video yayılıb.

Belə ki, Qarabağdan gələn ermənilər İrəvanda yerli sakinlə mübahisə ediblər. Buna səbəb sözügedən şəxsin onlara əhəmiyyət verməməsi və avtomobilində musiqi dinləməsi olub.

Son günlər bənzər gərginliklərin tez-tez müşahidə olunduğu, bəzən konfliktin davaya çevrildiyi bildirilir.

Qeyd edək ki, Ermənistan mediasında yer alan məlumatlara görə, ölkə rəhbərliyi də Qarabağı tərk edən ermənilərin mərkəzdə məskunlaşmasını istəmir. Nikol Paşinyan hökuməti narazı əhalinin paytaxtdan mümkün qədər uzaqda olmasını istəyir.

Tamerlan Yayaqan
Globalinfo.az