Qarabağdakı rejimin son elementi də dağıdılır – Erməni politoloq

“Qarabağda subyektliyin sonuncu elementləri dağıdılır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Suren Surenyants çıxış edib.

O, Xankəndidə son baş verənlərin Ruben Vardanyanın Paşinyan tərəfindən cəzalandırılması prosesi olduğunu deyib.

Politoloqa görə, separatçıların “lider”i Araik Arutyunyanın Vardanyanı Paşinyanla bağlı səsləndirdiyi son ifadələrdən sonra sıradan çıxarmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, dünən erməni mətbuatı Vardanyanın “istefa”ya göndəriləcəyini iddia edib. Vardanyan isə “istefa”ya getməyəcəyini açıqlayıb.

Zaira Akifqızı
Globalinfo.az