“Qarabağdakı müharibədən sonra yaranan reallıqların konteksti dərindir, bol məzmunludur” – Ekspert

 

“Azərbaycanın 44 günlük müharibədə Ermənistanı sarsıdıcı məğlubiyyətə uğratması regional miqyasdakı və qlobal tablodakı rəngləri dəyişdi”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycan Qələbədən sonra oyunçuluq qabiliyyəti ilə meydana atıldı və bu:

– Türkiyə ilə strateji müttəfiqlik,

– İsraillə, Pakistanla strateji tərəfdaşlıq,

– Qərblə və Rusiya ilə tərəfdaşlıq,- Çinlə yaxınlaşdırılan və uzlaşdırılan maraqlar kontekstində məxsusi çəki qazanır.

Azərbaycan üçün imkanlar yaranır ki, Ermənistan tərəfindən sülh və insanlıq əleyhinə törədilən cinayətlərin təsnifatını aparsın və onları həm məcmu, həm də ayrı-ayrı icraatla beynəlxalq ədalət mühakiməsinin hökmünə təqdim etsin.

Aqşin Kərimov

Qarabağdakı müharibə və onun nəticələri donmuş münaqişələrin açılması üçün praktiki presedent yaratdı, ərazi konfliktinə məruz qalan dövlətləri suverenliklərini təmin etmək üçün həvəsləndirdi.

Bu gün qlobal mənzərədə baş verənlərin Qarabağdakı hadisələrlə simvolik və real bağlılıqları var, çünki aşağı-yuxarı dünyanın əsas oyunçularının maraqları onların məntiqində yalnız coğrafi məkan kimi fərqli qavranılır, strateji maraqlar baxımından isə eyni”.

Ekspert bildirib ki, Qarabağdakı müharibədən sonra yaranan reallıqların konteksti dərindir, bol məzmunludur, Azərbaycan üçün perspektivə hesablanan çağırışlar qoyur:

“Azərbaycan indi müdafiə qabiliyyətini və mümkün həmlə strategiyalarını inkişaf etdirməli və bununla da regional təhdidlərə qarşı immunitetini ədəbiləşdirməlidir.

Bunu reallaşdırmaq geniş gündəliyə əsaslanır, buna görə də Azərbaycanın xarici siyasətində yeni cəbhələrin açıldığını görürük.

Xarici siyasətdəki şaxələnmə Azərbaycanın strateji aktivlərini çoxaldır, ona yeni məzmun və forma verilməsinə gətirib çıxarır.

Bu mənada Azərbaycanın münaqişədən sonra xarici siyasət istiqamətlərini diversifikasiya etməsi geniş regional gündəlik formalaşdıracaq.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”də qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması”

Turan Rzayev
Globalinfo.az