Qarabağdakı ermənilərdən 4 min dollar tələb edilir

Qarabağdakı separatçılar əhalinin regionu tərk etməsinə əngəl olur.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni bloger Natali Aleksanyan yazıb.

Onun sözlərinə görə, separatçılar bölgəni tərk etmək istəyənlərdən 4 min dollar tələb edirlər.

Bloger bildirib ki, onlara Azərbaycanın yolu bağladığı deyilsə də, əslində, xunta rejimi insanlardan pul qoparmaq üçün bu cür addımlara gedir.

Tamerlan Yayaqan
Globalinfo.az