“Qarabağ”da yeni təyinat – FOTO

“Qarabağ”da yeni təyinat rəsmiləşib. 

Globalinfo.az xəbər verir ki, Nail Kərimov klubun futbol akademiyasının meneceri təyin olunub.

Qeyd edək ki, Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-24-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

qarabagda-yeni-teyinat